Tural Ağayev

ssenari müəllifi, aktyor

Personal Info

  • Doğum tarixi: 04.02.1980

Biography

Tural Eldar oğlu Ağayev (Tural Baxış) Bakıda anadan olub. 1997-ci ildə Xəzər Universitetinin kompüter mühəndisliyi fakültəsinə qəbul olunur, iki il orada təhsil aldıqdan sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluğu ixtisasına qəbul olunur (1999-2003). Universitetin 2-ci kursunda oxuyarkən kurs rəhbəri Gülşad Baxşıyevanın məsləhəti ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyət göstərir. 4-cü kurs tələbəsi olduğu vaxtda Bakı Bələdiyyə Teatrına gəlir. Hazırda Bakı Bələdiyyə Teatrının aktyor və rejissorudur.

Xarici film istehsalçılarının çəkdikləri “Enter” (2017, rejissor Kşiştov Zanussi / Polşa) filmində çəkilib.

Aktyor Tural Ağayev şair Eldar Baxışın oğludur.

Aktyor Tural Ağayev aktrisa Arzu Ağayevanın həyat yoldaşıdır.

 

x