Tural Əsədov

aktyor, prodüser

Personal Info

  • Doğum tarixi: 16.08.1982

Biography

Tural Cəfər oğlu Əsədov Bakıda anadan olub. Qərb Universitetində regionşünaslıq üzrə (1999-2003), Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə üzrə magistratura (2003-2005) təhsili alıb. Bir müddət Şən və Hazırcavablar Klubunda oynayıb. 2001-ci ildə Space TV-də aparıcılıq fəaliyyətinə başlayıb. Bir çox televiziya layihələrinə və tədbirlərə aparıcılıq edib: “Böyük səhnə” vokal layihəsinin (2014, İTV), “Səs Azərbaycan” mahnı müsabiqəsinin (2015, AzTV), “Bakı-2015” Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin, İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimlərinin (2017), Heydər Əliyev Fondunun 15 illik yubiley konsertinin (2019) aparıcısı olub. Avroviziya Mahnı Müsabiqəsində Azərbaycan tərəfindən səsvermənin nəticələrini açıqlayan rəsmi şəxs olub. Bakı Şəhər Halqasının rəsmi səsi olub. Çox sayda reklam çarxlarının və təqdimat filmlərinin prodüserliyi ilə məşğul olub. Rejissor olaraq kliplər ərsəyə gətirib.

 

x