Tünzalə Əliyeva

aktrisa

Personal Info

  • Doğum tarixi: 15.02.1973

Biography

Tünzalə Məcid qızı Əliyeva Gəncədə anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1990-1995). Bir müddət özəl teatrlarda çalışıb, sonra Gəncə televiziyasında, Gəncə Kukla Teatrında, Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərib. Gəncə-Kəpəz Müstəqil Şirkət telekanalında “İzinlə”, “Vətənim” və “Gülüş qatarı” verilişlərinin aparıcısı olub. Bakıya gəldikdən sonra bir müddət Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında işləyib. ATV kanalında “Çal-Çağır” şou proqramının aparıcısı olan “Toppuş bacı” obrazının ifaçısı olub. ATV kanalında “Gülmək qadağandır” şou proqramına aparıcılıq edib. Əməkdar artistdir (2007).

 

x