Tofiq Mirzəyev

rejissor, aktyor

Personal Info

  • Doğum tarixi: 16.06.1932

Biography

Tofiq İbrahim oğlu Mirzəyev (Tofiq Mirzə) Gədəbəydə anadan olub. Moskvada konservatoriyanın nəzdində filarmonik məktəbdə, Azərbaycan Dövlət Konservatoriyasının klarnet şöbəsində (1964) təhsil alıb. Lakin qəfil xəstəlik onun musiqi karyerasına son qoyub, həkimlər ona klarnetdə ifa etməyi qadağan edirlər. Peşəsini dəyişmək məcburiyyətində qalaraq televiziya işini seçir. Bu məqsədlə Mərkəzi Televiziyanın rejissorluq kurslarında təhsil alır. Azərbaycan televiziyasında 25 il fəaliyyət göstərib. Səs rejissoru, daha sonra rejissor olub.

Xarici film istehsalçılarının “Cinahsız cəbhə” (1974, rejissor İqor Qostyev / Rusiya), “Cəhbə arxasında cəbhə” (1977, rejissor İqor Qostyev / Rusiya), “Düşmən arxasında cəbhə” (1981, rejissor İqor Qostyev / Rusiya, Çexoslovakiya, ADR) filmlərində Həsən Əliyev rolunda, “Müsahibə alan adam” (1986, rejissor Yuri Maruxin / Belarus) filmində çəkilib.

Əməkdar artist (1976) Tofiq Mirzəyev hazırda İsraildə yaşayır.

 

x