Tofiq Kazımov

rejissor

Personal Info

  • Doğum tarixi: 14.01.1923
  • Vəfat tarixi: 02.08.1980

Biography

Tofiq Səməd Mənsur oğlu Kazımov Bakıda anadan olub. Yeddiillik təhsilini Bakıda alaraq teatr məktəbini bitirib (1939-1942). Böyük Vətən müharibəsində iştirak edib. Döyüşlərdə yaralanaraq 1943-cü ildə qayıdıb və Gənc Tamaşaçılar Teatrında aktyor işləyib. Əyyub Abbasovun “Məlik Məmməd”, Abdulla Şaiqin “Ana” dramlarının tamaşalarında Bulud və Əmrah rollarını oynayıb. Sonra Mоskvada Ümumittifaq Dövlət Teatr Sənəti İnstitutunda ali rejissorluq təhsili alıb (1945-1951). Tələbə ikən Ağdam Dövlət Dram Teatrında Həsən Qasımovun “Kür sahilində” pyesini tamaşaya hazırlayıb. 1951-ci ildə Akademik Milli Dram Teatrında diplom tamaşası kimi Hüseyn Muxtarovun “Ailə namusu” pyesinə səhnə quruluşu verib. 1952-ci ildə Gənc Tamaşaçılar Teatrına baş rejissor göndərilib. Elə həmin il Akademik teatra rejissor götürülüb. 1964-cü ildə bu teatra baş rejissor təyin olunub. Uzun müddət Azərbaycan Dövlət Dram Teatrında rejissоr və baş rejissоr işləyib. “Lənkəran хanının vəziri”, “Mariya Tüdоr”, “Qəribə adam”, “Antоni və Kleоpatra”, “Şəhərin yay günləri” tamaşaları оnun ən yaхşı rejissоrluq işləridir. Musiqili Komediya Teatrında, Rus Dram Teatrında, Naxçıvan Teatrında, Gəncə Teatrında tamaşalara quruluş verib. Bir müddət “Azərbaycanfilm” kinostudiyasında çalışıb (1958-1960). Azərbaycan Dövlət İncəsənət İnstitutunda dərs deyib. Ağasadıq Gəraybəyli, Məmmədəli Vəlixanlı, Kazım Ziya, Əliağa Ağayev, İsmayıl Osmanlı barədə monoqrafiyalar yazıb. “Çağırış”, “İşıqlı yollarda”, “Şəfəq”, “Qoçaq Polad” və digər pyeslərin müəllifidir. Mətbuatda teatr sənətinə, tamaşalara aid resenziya və məqalələrlə çıxış edib. “Antoni və Kleopatra” (Uilyam Şekspir) və “Şəhərin yay günləri” (Anar) tamaşalarına görə Dövlət mükafatları ilə təltif olunub (1965, 1979). Əməkdar incəsənət xadimi (1961), Xalq artisti (1974) Tofiq Kazımov 1980-ci ildə avtomobil qəzasında həlak olub, İkinci Fəxri Xiyabanda dəfn olunub.

x