Tofiq İsmayılov

rejissor

Personal Info

  • Doğum tarixi: 06.04.1939
  • Vəfat tarixi: 25.03.2016

Biography

Tofiq Hüseyn oğlu İsmayılov Bakıda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Aktyorluq (1958-1962) və Rejissorluq (1962-1968) fakültəsində, Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Ali rejissorluq və ssenari kurslarında (1968-1970) təhsil alıb. Əmək fəaliyyətinə orta məktəbdə oxuyarkən Gənc Tamaşaçılar Teatrında aktyorluqdan başlayıb (1954). Azərbaycan Respublikası Nazirlər Soveti Yanında Radio və Televiziya Verilişləri Komitəsində rejissor köməkçisi (1960-1961), rejissor (1962-1967), “Azərbaycanfilm” studiyasında rejıssor köməkçisi, bədii fılmlərin quruluşçu rejissoru vəzifələrində işləyib (1969-1988). 1971-ci ildən M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq kafedrasında müəllim kimi çalışıb, kafedra müdiri olub (1988-1994). Uzun müddət Türkiyənin Mimar Sinan Universitetində dərs deyib (1994-2006). İstanbulun Böyük Şəhər Bələdiyyəsində mədəniyyət işləri üzrə müşavir olub. 2007-ci ildən ömrünün son gününə kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib. Uşaqlar üçün yazılmış 5 kitabın müəllifidir. İlk hekayəsi “Ağ dəsmal” “Göyərçin” jurnalında çap edilib (1962). 100-ə yaxın elmi-publisistik məqaləsi var. Xarici film istehsalçılarının “Divar” (Türkiyə) qısametrajlı filmində, “Bağışla məni, müəllim” (Türkiyə) serialında aktyor kimi çəkilib.

Professor (1992), Əməkdar incəsənət xadimi (1987), Xalq artisti (2008) Tofiq İsmaylov 2016-cı ildə vəfat edib.

         

           

 

x