Tofiq Əhmədov adına Estrada-Simfonik Orkestri

musiqi ifaçısı

Biography

Azərbaycan Dövlət Estrada Simfonik Orkestri

Azərbaycan Dövlət Televiziya və Radiosunun Estrada orkestri

Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Estrada Orkestri

Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin Dövlət Estrada Simfonik Orkestri

Azərbaycan Televiziya və Radiosu Estrada Simfonik Orkestri

Tofiq Əhmədov adına Estrada-Simfonik Orkestri 1956-cı ildən Azərbaycan Dövlət Televiziya və Radiosunun tərkibində kiçik tərkibdə estrada ansamblı kimi fəaliyyətə başlayıb. Kollektivin yaradıcısı saksafonçu, Xalq artisti Tofiq Əhmədov olub.

1975-ci ildə ansambla “estrada-simfonik orkestri” statusu verildi və tərkibi genişləndirildı. Bu kollektiv bir çox ölkələrdə Azərbaycanı təmsil edib. SSRİ Xalq artisti Müslüm Maqomayev Moskvanın Ostankino studiyasında ilk dəfə bu orkestrlə çıxış edib.

1979-1983-cü illərdə bəstəkar Əziz Əkbər Əzizli, 1983-1990-cı illərdə pianoçu bəstəkar, əməkdar artist Rafiq Babayev, 1990-1998-ci illərdə bəstəkar, Xalq artisti Faiq Sücəddinov, 1998-2002-ci illərdə pianoçu-bəstəkar Eldar Rzaquluzadə, 2002-2012-ci illərdə saksafonçu Akif  Süleymanbəyli orkestrə rəhbərlik edib. 2012-ci ildən orkestrin bədii rəhbəri Vasif Axundov, baş dirijoru Cavad Tağızadədir.

x