Teymur Məmmədov

aktyor

Personal Info

  • Doğum tarixi: 23.02.1960

Biography

Teymur Bayram oğlu Məmmədov (Teymur Bayram) Ağdamın Yusifcanlı kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram-kino aktyorluğu fakültəsində təhsil alıb (1978-1982, Nəsir Sadıqzadənin kursu). Təyinatla 1982-ci ildən Ağdam Teatrında işləməyə başlayıb. Hərbi xidmətdən sonra Şuşa Mədəni Maarif Texnikumunda ixtisas müəllimi işləyib. Şuşa Teatrının yaradıcılarından biridir. Hazırda Şuşa Dövlət Musiqili Dram Teatrında çalışır. ANS televiziyasında yayımlanan “Qulp”, “Mübarizə” verilişlərində fəaliyyət göstərib. Əməkdar artistdir (2018).

 

 

 

x