Teymur Daimi

rejissor, rəssam

Personal Info

  • Doğum tarixi: 26.01.1966

Biography

Teymur Daimi (Teymur Tağıyev Rüstəm oğlu) Bakıda anadan olub. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində (1981-1985), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (1987-1993) təhsil alıb. Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda fəlsəfə üzrə namizədlik dissertasiyasını müdafiə edib (2000). İncəsənət və mədəniyyətlə bağlı xarici və yerli nəşrlərdə çoxsaylı məqalə və esselərin müəllifidir. Azərbaycanda “Təstiq” adında birinci müstəqil bədii qrupun təsisçilərindən olub (1989). 1990-cı ildən fəaliyyəti fənlərarası xarakteri alıb. “Yolun tapılması” adlı kitabı nəşr olunub (1996). “Arts, etc…” adlı müasir mədəniyyət mərkəzində incəsənət üzrə mütəxəssis və “Art Qafqaz 2005” adlı beynəlxalq layihədə incəsənət üzrə məsləhətçi kimi çalışıb. 2001-ci ildən multimedia rəssamı və rejissoru kimi audiovizual incəsənətlə məşğul olur. Hazırda bədii təcrübə və audiovizual incəsənət sahələrində fəaliyyətini davam etdirir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində Rəssamliq Kollecində dərs deyir.

Teymur Daiminin fərdi saytı: http://teymurdaimi.com/

 

x