Teymur Bəkirzadə

rejissor

Personal Info

  • Doğum tarixi: 14.09.1941
  • Vəfat tarixi: 21.09.1995

Biography

Teymur Bəkir oğlu Bəkirzadə Bakıda anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinoşünaslıq fakültəsində, Moskvada Ali Rejissorluq kurslarında (1974) təhsil alıb. “Azərbaycanfilm” kinostudiyasında 40-dan çox sənədli və bədii filmlərin rejissoru olub. 1978-ci ildə çəkdiyi “Dissonans” sənədli filmi bir neçə festivalda mükafat alıb: VII Ümumittifaq İdman Filmləri Kinofestivalında Qızıl Medal (1979, Leninqrad), XII Ümumittifaq Kinofestivalında parlaq, dinamik kinoreportaja görə münsiflər heyətinin Diplomu (1979, Aşqabad), İdman jurnalistlərinin Ümumdünya Assosiasiyasının Mükafatı (1980, Moskva), Qısametrajlı Filmlərin Beynəlxalq Kinofestivalında Bürünc Medal (1982, Budapeşt).

Son filmi “Ləqəbi “İKA”dır” bədii filmini tamamlamaq qismət olmayıb, sonradan filmi dostları tamamlayıblar.

Əməkdər incəsənət xadimi (1991) Tеymur Bəkirzadə 1995-ci ildə vəfat edib.

Rejissor Teymur Bəkirzadə rejissor Nicat Bəkirzadənin qardaşıdır.

Rejissor Teymur Bəkirzadə səs rejissoru Bəkir Bəkirzadənin atasıdır.

 

x