Telman Adıgözəlov

aktyor

Personal Info

  • Doğum tarixi: 17.07.1953
  • Vəfat tarixi: 15.04.2010

Biography

Telman Abbasqulu oğlu Adıgözəlov Balakəndə anadan olub. Orta məktəbdə oxuyarkən aktyorluq kurslarında iştirak edib. M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsində təhsil alıb (1975). Uzun müddət Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb (1980-2010). “Qızıl Dərviş” mükafatı laureatı (1999), Əməkdar artist (2000), Xalq artisti (2006) Telman Adıgözəlov 2010-cu ildə vəfat edib.

 

Filmoqrafiya:

Xatirələr sahili (1972, tammetrajlı bədii film) – aktyor (Şamil)

Nəsimi (II) (1973, tammetrajlı bədii film) – aktyor (hürufi)

1001-ci qastrol (1974, tammetrajlı bədii film) – aktyor (musiqiçi)

Dörd bazar günü (1975, tammetrajlı bədii film) – aktyor (Murad)

Çətirimiz buludlardır (1976, tammetrajlı bədii film) – aktyor (Bəkir)

Üzü küləyə (1977, tammetrajlı bədii film) – aktyor

Anlamaq istəyirəm (1980, tammetrajlı bədii film) – aktyor (Camal)

Yol əhvalatı (1980, tammetrajlı bədii film) – aktyor (tələbə)

Evləri köndələn yar (1982, tammetrajlı film-tamaşa) – aktyor (Kamil)

Ordan-burdan (1987, tammetrajlı film-tamaşa) – aktyor (rəqs müəllimi)

Yaşıl eynəkli adam (1987, tammetrajlı film-tamaşa) – aktyor

Kölgədə 40 dərəcə isti (1988, tammetrajlı bədii film) – aktyor (Əlibaba)

777 №-li iş (1992, tammetrajlı bədii film) – aktyor

Qırmızı qatar (1993, tammetrajlı bədii film) – aktyor (sısqa oğlan)

Qurama (1995, qısametrajlı bədii film) – rejissor, aktyor

Yarımştat (1996, tammetrajlı film-tamaşa) – aktyor (Zaman), musiqi ifaçısı

Bakı oğrusu (1997, tammetrajlı bədii film) – aktyor (əcnəbi)

Nigarançılıq (1998, tammetrajlı film-tamaşa) – aktyor (Hüseyn)

Qaz (II) (2005, tammetrajlı bədii film) – aktyor (baş həkim)

Məşədi İbad 94 (2005, tammetrajlı bədii film) – aktyor (intelligent Həsən bəy)

Bəylik dərsi və ya keçmişdən gülməcələr… (2007, tammetrajlı film-tamaşa) – aktyor

Günaydın, mələyim (2008, tammetrajlı bədii film) – aktyor (teatr rejissoru)

Əsər (2009, qısametrajlı bədii film) – aktyor

Evləri göydələn yar (2010, tammetrajlı film-tamaşa) – aktyor (Kamil; I fırıldaqçı)

 

x