Tariyel Vəliyev

rejissor

Personal Info

  • Doğum tarixi: 24.02.1944
  • Vəfat tarixi: 24.04.2012

Biography

Tariyel Təyyar oğlu Vəliyev İmişlidə anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsəsnət Universitetində, Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya Akademiyasında təhsil alıb. Bir müddət Lütfi Məmmədbəyovun xalq teatrında qoyulan tamaşalarda iştirak edib. 1967-ci ildə radioda fəaliyyətə başlayıb. 1972-ci ildə televiziya sahəsinə keçərək ömrünün sonuna kimi Azərbaycan televiziyasinda rejissor vəzifəsində çalışıb. Bu illər ərzində televiziya tamaşalarının, sənədli filmlərin, dövlət tədbirlərinin, bayram proqramlarının, televiziya verilişlərinin quruluşçu rejissoru olmaqla yanaşı, uzun müddət televiziyanın Ədəbi dram verilişləri baş redaksiyasının baş rejissoru vəzifəsində işləyib. 1988-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərib. Kinoşünaslıq kafedrasının, Televiziya rejissoru kafedrasının (2007-2012) müdiri olub. Əməkdar incəsənət xadimi Tariyel Vəliyev 2012-ci ildə vəfat edib.

 

x