Tariyel Qasımov

aktyor

Personal Info

  • Doğum tarixi: 04.02.1939

Biography

Tariyel İsgəndər oğlu Qasımov Ağstafa rayonunun Köçəsgər kəndində anadan olub. 1956-cı ildə Bədən Tərbiyəsi İnstitutuna qəbul olunub. Bədən Tərbiyəsi İnstitutunda təhsil aldığı zaman Lütfi Məmmədbəyovun dram dərnəyinə getməyə başlayıb. İkinci kurs tələbəsi ikən Gənc Tamaşaçılar Teatrında tamaşada rol alıb. Teatr müdriyyətinin məktubu ilə 1960-cı ildə köçürülmə yolu ilə sənədlərini Azərbaycan Dövlət Teatr İnstitutuna verib. Kino və dram aktyorluğu fakültəsinə – Rza Təhmasibin kursuna qəbul olunub. Üçüncü kursda ikən Dram Teatrına işə qəbul olunub. 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. 1964-cü ildən (müəyyən fasilə ilə) Gənc Tamaşaçılar Teatrının aktyorudur. Bir neçə tamaşanın quruluşçu rejissorudur. Naxçıvan Dövlət Musiqli Dram Teatrında, 1967-ci ildə İrəvanda yenidən açılan Azərbaycan Teatrında çalışıb. 1968-ci ildə Bakıya qayıdıb, kinostudiyada rejissor assistenti kimi işləyib. 1972-ci ildə Gənc Tamaşaçılar Teatrına qayıdıb. 1997-ci ildən Qazax Dövlət Dram Teatrına bədii rəhbər və direktor göndərilib. Hazırda Gənc Tamaşaçılar Teatrında çalışır.

Xarici film istehsalçılarının “Rüstəm haqqında dastan” (1971, rejissor Bension Kimyagərov, Qiv rolunda / Tacikistan), “Rüstəm və Söhrab” (1971, rejissor Bension Kimyagərov, Qiv rolunda / Tacikistan), “Qızılın rəngi” (1974, rejissor Halmamed Kakabayev, Məmmədəli rolunda / Türkmənistan), “Çilidə gecə” (1977, rejissorlar Sebastyan Alarkon, Aleksandr Kosarev / Rusiya), “Odlu yollar” (1977-1984, rejissor Şuhrət Abbasov, Mahmudəli rolunda / Özbəkistan), “Tankodrom” (1981, rejissor Vladimir Dovqan / Rusiya), “Sonya raport verir” (1982, rejissor Bernhard Ştefan, Andrey rolunda / ADR), “Əlvida, yaşıl yay…” (1985, rejissor Elyer İşmuhamedov, Abdulla Maqrupov rolunda / Özbəkistan),  “Həyatın mənası” (1987, rejissor Dəmir Səlimov / Özbəkistan) filmlərində çəkilib.

Əməkdar artist (1979), Xalq artistidir (1991).

Aktyor Tariyel Qasımov prodüser Ülvi Qasımovun atasıdır.

 

 

 

x