Tanilə Əhmərova

aktrisa

Personal Info

  • Doğum tarixi: 01.06.1950
  • Vəfat tarixi: 04.08.2015

Biography

Tanilə Aysayevna Əhmərova Bakıda anadan olub. Milliyətcə tatardır. M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda təhsil alıb (1977). Filmlərə çəkilməzdən əvvəl dispetçer, mühasib (1967-1972), Şaumyan adına Mədəniyyət Sarayının rəhbəri (1975-1977) kimi müxtəlif vəzifələrdə çalışıb. 1978-ci ildən “Azərbaycanfilm” kinostudiyasında filmlərə çəkilib.

Xarici film istehsalçılarının “Portağallar” (1994, Ukrayna) filmində, “Dağıdılmış körpülər” (1996, rejissor Rafiq Puya / ABŞ) filmində Ceyranın anası rolunda çəkilib.

Əməkdar artist (2007) Tanilə Əhmərova 2015-ci ildə vəfat edib.

 

x