Təzəgül Hidayət

aktrisa

Personal Info

  • Doğum tarixi: 26.08.1970

Biography

Təzəgül Hidayət (Təzəgül Məmmədova Hidayət qızı) Naxçıvanda anadan olub. Orta təhsilini, rəssamlıq və musiqi məktəbini Naxçıvan və Şəmkir şəhərində bitirib. Binəli Mamukaşvilinin rəqs ansamblında rəqs dərsləri alıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb (1991-1996). Uşaq yaşlarında Azərbaycan Respublikası üzrə keçirilən mahnı müsabiqəsində Naxçıvan Muxtar Respublikası və daha sonra Azərbaycan Respublikası üzrə qalib olub (1982). Şəmkir Muğam Teatrının, “Ocaq” Folklor Ansamblının və Xalq Çalğı Alətləri Ansamblının solisti olub. Universitetin nəzdində fəaliyyət gösdərən rəqs ansamblının solisti olub. Gənclik rəqs ansamblında fəaliyyət göstərib. Bakı Bələdiyyə Teatrında (1992), Gənc Tamaşaçılar Teatrında (2006-2009) aktrisa vəzifəsində işləyib.

Xarici film istehsalçılarının “Məlaikə günü” (1992, rejissor Bəhruz Əfğəmi / İran) filmində, “Dronqo” (2002, rejissor Zinoviy Royzman / Rusiya) serialında, “Sui-qəsd” (2004, rejissor Vadim Ostrovski / Rusiya) serialında, “Avropa tərəfi” (Türkiyə) serialında, “Məcburi sədr” (Türkiyə) serialında çəkilib.

Əməkdar artistdir (2002).

 

x