Təvəkkül Əliyev

aktyor

Personal Info

  • Doğum tarixi: 21.08.1951
  • Vəfat tarixi: 22.01.2017

Biography

Təvəkkül Əjdər oğlu Əliyev Neftçalada anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino və dram aktyorluğu fakultəsində təhsil alıb (1973). Təyinatla N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında iş fəaliyyətinə başlayıb. Teatrın səhnəsində oynadığı ilk rol M.İbrahimovun “Yaxşı adam” pyesindəki Azər obrazı olub. Ömrünün sonuna qədər kollektivə sadiq alıb. Bəzi tamaşalara və Lənkəran şəhərində keçirilən mədəni-kütləvi tədbirlərə rejissorluq edib.

Xarici kinematoqrafçıların istehsalı olan “Azadlıq şirin sözdür” filmində (1972, rejissor Vitautas Jalakyaviçyus / Rusiya, Litva) çəkilib. Əməkdar artist (2002), “Tərəqqi” medallı (2013) Təvəkkül Əliyev 2017-ci ildə ürək tutmasından vəfat edib.

Aktyor Təvəkkül Əliyev aktrisa Böyükxanım Əliyevanın həyat yoldaşı olub.

 

x