Təranə Muradova

xoreoqraf, rəqqasə

Personal Info

  • Doğum tarixi: 06.08.1965

Biography

Təranə Hüseyn qızı Muradova Bakıda anadan olub. Bakı Xoreoqrafiya Məktəbində (1983), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mədəni-maarif işi fakültəsində (1992), Moskva Dövlət Universitetində təhsil alıb. 1982-ci ildən Azərbaycan Dövlət Rəqs Ansamblında ifaçı-rəqqasə, 1985-ci ildən solist, 1995-ci ildən isə həm də ansamblın baletmeysteridir. Azərbaycan xalq rəqsləri (“Naz eləmə”, “Qavalla rəqs”, “Vağzalı”, “Mirzəyi”), ispan, qaraçı və digər xalqların rəqsləri repertuarında geniş yer tutur. Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletində gürcü qızının partiyasını oynayıb. “Yeni Bakı-Vyana” Azərbaycan–Avstriya Cəmiyyətinin prezidentidir. Xalq rəqslərinin ustası kimi Avstriyada təcrübə sinifləri aparıb. Hazırda Azərbaycan Dövlət Rəqs ansamblının solisti və baletmeysteri, “Səyyah” rəqs ansamblının bədii rəhbəridir. Bakı Xoreoqrafiya Akademiyasının prorektorudur. Xalq artistidir (1998).

 

x