Svetlana İsmayılova

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 26.02.1939
  • Vəfat tarixi: 25.02.2022

Biography

Svetlana Babarəhim qızı İsmayılova (Svetlana Rəhimqızı) Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb (1960). 1957-ci ildən müntəzəm olaraq mətbuatda çıxış edib. Yazılarının əsas mövzusunu kino musiqisi təşkil edib. Azərbaycan Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun kino sənəti üzrə dissertantı (1963), “Azərbaycan gəncləri” qəzetində ədəbi işçi və şöbə müdiri, Azərbaycan Sovet Ensiklopediyası baş redaksiyasının İncəsənət şöbəsinin elmi redaktoru işləyib. “Azərbaycanfilm” kinostudiyasının aparıcı redaktoru olub (1984-2001). Sənədli, bədii və animasiya filmlərində, o cümlədən Mozalan kinojurnalında ssenari müəllifi və redaktor kimi işləyib. 70-ə qədər filmin rus dilindən Azərbaycan dilinə tərcüməçisi, “İncəsənət əbədi və ölməzdir”, “Çinarım mənim”, “Vaxt var idi…” kitablarının müəllifidir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib. “Həsən bəy Zərdabi” (1998), “Qızıl Qələm” (1990) mükafatları laureatıdır. “Arif Babayev adına fəxri diplom”a layiq görülüb (2002). 2004-cü ildən Almaniyanın Düseldorf şəhərində yaşayıb. Svetlana İsmayılova 2022-ci ildə Almaniyada vəfat edib.

 

 

 

x