Süleyman Rüstəm

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 12.03.1906
  • Vəfat tarixi: 10.06.1989

Biography

Süleyman Rüstəm (Süleyman Rüstəmzadə Əliabbas oğlu) Bakının Novxanı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olub, 1929-cu ildə oradan Moskva Dövlət Universitetinin Ədəbiyyat və incəsənət fakültəsinə köçürülüb. Zaqafqaziya Mərkəzi İcraiyyə komitəsinə üzv seçilib (1935). Azərbaycan SSR birinci çağırış Ali Sovetinə deputat seçilib (1938), bundan sonra ömrünün sonuna qədər bütün çağırışlarda deputat olub. Azərbaycan SSR Ali Sovetinin sədri olub (1971-1989). M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının direktoru (1937-1938), “Ədəbiyyat qəzeti”nin baş redaktoru olub. Yaradıcılığında siyasi lirika və sevgi şeirləri mühüm yer tutur. Heca və əruz vəznlərində yazıb. Azərbaycan SSR dövlət himninin sözlərinin müəlliflərindən biridir. Əməkdar incəsənət xadimi (1943), Xalq şairi (1960), Stalin mükafatı (1950), Azərbaycan Dövlət mükafatı laureatı (1970, 1986), Sosialist Əməyi Qəhrəmanı (1976) Süleyman Rüstəm 1989-cu ildə vəfat edib.

 

x