Süleyman Rəhimov

yazıçı

Personal Info

  • Doğum tarixi: 22.03.1900
  • Vəfat tarixi: 11.10.1983

Biography

Süleyman Hüseyn oğlu Rəhimov Qubadlının Əyin kəndində anadan olub. İbtidai təhsilini ikisinifli rus məktəbində alıb. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb. 1921-ci ildə Xanlıq kəndində yeni açılmış məktəbdə müəllim işləməyə başlayıb. Şuşada pedaqoji kursda oxuduqdan sonra uzun müddət Zəngəzur mahalının müxtəlif rayonlarında müəllimlik edib. 1928-ci ildə dostu Əli Vəliyevlə Bakıya gələrək ali təhsil alıb, eyni zamanda Qaraşəhərdə ikinövbəli savad kursunda yaşlı fəhlələrə dərs deyib. Ədəbi fəaliyyətə 1930-cu ildən başlayıb, ilk əsəri “Şamo”dur. Bununla belə, o 50 il bu əsərinin üzərində işləyib və ona əlavələr edib. Ən tanınmış əsərlərindən biri də “Qara torpaq və sarı qızıl”dır. Azərbaycan Yazıçılar Birliyinin sədri olub (1939-1940, 1944-1946, 1954-1958). Laçın, Samux, Şahbuz və Noraşen rayonlarında rəhbər partiya işlərində çalışıb (1934-1937). Azərbaycan K(b)P Bakı şəhər komitəsində təbliğat üzrə katib (1940-1941), Azərbaycan K(b)P MK-da təbliğat və təşviqat şöbəsinin müdir müavini (1941-1944), Azərbaycan Nazirlər Soveti yanında Mədəni-Maarif İşləri Komitəsinin sədri (1945-1958) vəzifələrində işləyib. Azərbaycan Jurnalistlər İttifaqının “Qızıl qələm” mükafatına (1972) layiq görülüb. Sosialist Əməyi Qəhrəmanı (1975), Xalq yazıçısı (1960) Süleyman Rəhimov 1983-cü ildə vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

 

x