Şövqi Hüseynov

aktyor

Personal Info

  • Doğum tarixi: 09.08.1972

Biography

Şövqi Ərəstun oğlu Hüseynov Cəlilabadda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1989-1994). Bakı Kamera Teatrında çalışıb (1991-2009). 2009-cu ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. 2000-ci ildən həm də dublyaj-səsləndirmə işi ilə də məşğuldur. “Qızıl Dərviş” mükafatına (1996), II Eksperimental Tamaşalar Festivalının “ən yaxşı aktyor” mükafatına (1999), “ilin ən yaxşı gənc aktyoru” mükafatına (2000), Monotamaşalar Festivalının “ən yaxşı aktyor” mükafatına (2002), Beynəlxalq Komediya Festivalının “ən yaxşı aktyor” (2003, İsfahan / İran) mükafatına, Beynəlxalq “İran Zəmin” Teatr Festivalının “ən yaxşı aktyor” mükafatına (2004, Əhvaz / İran), “Zirvə” mükafatına (2015), “Stanislavski” medalına (2015 / Kalmıkiya), “Sima” mükafatına (2016) layiq görülüb. Azərbaycan Respublikasının Əməkdar artisti (2002), Kalmıkiya Respublikasının Əməkdar artistidir (2016).

Aktyor Şövqi Hüseynov aktrisa Şəbnəm Hüseynovanın həyat yoldaşıdır.

 

x