Sonaxanım Mikayılova

aktrisa

Personal Info

  • Doğum tarixi: 02.02.1957

Biography

Sonaxanım Məmmədağa qızı Mikayılova (Sona Mikayılova / Sonaxanım İbrahimova-Mikayılova / Sona İbrahimova) Bakıda anadan olub. Kinostudiyada aktyor kurslarında, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb (1979, Yevgeni Matveyevin kursu). 1989-cu ildən “Yuğ” Teatrında çalışır.

Xarici film istehsalçılarının çəkdikləri “Dronqo” (2002, rejissor Zinoviy Royzman, Nərminə rolunda / Rusiya) və “Silah” (2008, rejissor Aleksandr Kasatkin / Rusiya) seriallarında çəkilib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir. Əməkdar artistdir (2011).

Aktrisa Sonaxanım Mikayılova rejissor, aktyor Mikayıl Mikayılovun anasıdır.

 

x