Sofa Bəsirzadə

aktrisa

Personal Info

  • Doğum tarixi: 28.02.1918
  • Vəfat tarixi: 04.01.2000

Biography

Sofa Bəsir qızı Bəsirzadə (Sofiya Bəsirzadə / Sofiya Vəzirova) Kazan quberniyasının Köhnə Çukan kəndində anadan olub. İki yaşında olanda ailəsi Bakıya köçüb. Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbində təhsil alıb (1936-1941). Məktəbdə ikən dram dərnəyinə üzv olub. 1936-cı ildən başlayaraq Azərbaycan Dram Teatrının tamaşalarında kütləvi səhnələrdə, epizod rollarda səhnəyə çıxıb. 1938-ci ildə teatrın aktyor truppasına qəbul edilib. Bu teatrın səhnəsində 100-dən çox obrazı canlandırıb. Ömrünün son illərində Bələdiyyə Teatrında çalışıb. Əməkdar artist (1955), Xalq artisti (1974) Sofa Bəsirzadə 2000-ci ildə vəfat edib.

 

x