Sevda Həsənova (II)

redaktor

Personal Info

  • Doğum tarixi: 08.08.1970

Biography

Sevda Həsənova Mingəçevirdə anadan olub. Şuşa Mədəni-Maarif Texnikumunda (1988), Azərbaycan Dövlət İncəsənət İnstitutunda (1993, Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsində təhsil alıb. 1994-2006-cı illərdə ANS-ÇM Radiosu və ANS TV-də müxtəlif vəzifələrdə çalışıb. ANS-Press Nəşriyyat Evinin “Hesabat” jurnalında xüsusi icmalçı (2006), www.anspress.com internet portalında Azərbaycan bölməsinin redaktoru (2007), ANS-Press Nəşriyyat Evinin prezidenti (2007-2009), ANS TV-də “Daha doğrusu” verilişinin aparıcısı (2008-2009), ANS-ÇM Yayım və Media Şirkətinin baş direktoru (2009), ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru (2011-2012), ANS TV-nin Proqram Departamentinin rəhbəri (2012), ANS TV-nin İnformasiya Texnologiyaları Departamentinin rəisi (2014), ANS TV-nin Baş direktorunun I müavini (2015) olaraq çalışıb.

x