Samir Kərimoğlu

rejissor

Personal Info

  • Doğum tarixi: 26.02.1974

Biography

Samir Kərimoğlu (Samir Kərimov Ağakərim oğlu) Bakıda anadan olub. Futurologiya İnstitutunun Menecment fakültəsində təhsil alıb (1990-1993). 1993-cü ildə təhsilini yarımçıq qoyaraq Türkiyənin Antalya şəhərinə köçüb, turizm sektorunda 6 il çalışdıqdan sonra 1999-cu ildə Azərbaycana qayıdıb. MTM prodakşnda video montajçı kimi fəaliyyətə başlayıb (2000). Rejissorluq fəalliyyətinə 2002-ci ildə çəkdiyi kliplə başlayıb. Beynəlxalq Audiovizual Festivalda “Music Lee” qrupuna çəkdiyi kliplə – “Ən yaxşi klip” nominasiyasında mükafat qazanıb (2003). 2007-ci ildən rejissor kimi kino sahəsində fəaliyyət göstərir. “Zirvə” mükafatına layiq görülüb (2010).

 

 

 

x