Samirə Seyidbəyli

montajçı

Personal Info

  • Doğum tarixi: 28.11.1971

Biography

Samirə Ağasalam qızı Seyidbəyli (Samirə Hacıyeva) Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mədəniyyət müəssisələrinin meneceri fakültəsində Mədəni-maarif işi ixtisası üzrə təhsil alıb (1992-1997). 1988-ci ildə “Azərbaycanfilm” kinostudiyasının Lentlərin aşkarlanması sexində montajçı, Montaj sexində montaj assistenti (1990-1995) kimi çalışıb. 1995-cı ildən “Salnamə” sənədli filmlər studiyasında süjetlərin, videoçarxların montajı, 2003-cü ilədək Ümummilli Lider Heydər Əliyevin, 2008-ci ilədək Prezident İlham Əliyevin daxili və xarici siyasətindən bəhs edilən kinosüjetlərin neqativ və pozitiv lentlərin montajı və Milli Arxiv İdarəsinin Kino-Foto sənədləri arxivinə təhvil verilməsi, süjetlərin, filmlərin qeydiyyatı vəzifələri icra edib. Hazırda “Salnaməfilm studiyası” MMC-də arxivarius vəzifəsini, filmlərin arxiv materiallarının toplanması, çəkilən süjetlərin qeydiyyata alınması, sənədli filmlərin təhvili,  montaj vərəqələrini yazılışı və sair işlərin icrasını yerinə yetirir.

x