Şamil Mahmudbəyov

rejissor

Personal Info

  • Doğum tarixi: 05.12.1924
  • Vəfat tarixi: 20.05.1997

Biography

Şamil Fərəməz oğlu Mahmudbəyov Naxçıvanda anadan olub. Məktəbi bitirən il müharibə başlayıb. 16 yaşında ikən Dəmiryol Texnikumuna qəbul olunub. Arxa cəbhənin sayagəlməz mərhumiyyətləriylə üzləşməli olub, amma təhsilini tamamlamaq fikrindən də əl çəkməyib. Məktəbi bitirən il könüllülər sırasına yazılıb, Qroznıda hərbi-texniki məktəbi bitirib. Birinci Ukrayna Cəbhəsində döyüşən hissənin tərkibində vuruşub. Ordudan tərxis olunduqdan sonra Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alıb (1954, S.Gerasimov və T.Makarovanın kursu). 1954-cü ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib. Br çox sənədli və bədii filmlərin rejisoru olub, aktyor kimi rollar ifa edib. Rejissoru olduğu “Şərikli çörək” filminə görə Dövlət Mükafatına layiq görülüb. Əməkdar incəsənət xadimi (1976), Dövlət mükafatı laureatı (1970) Şamil Mahmudbəyov 1997-ci ildə vəfat edib.

 

x