Şamil İbrahimov

aktyor

Personal Info

  • Doğum tarixi: 08.01.1988

Biography

Şamil Zülfüqar oğlu İbrahimov Naxçıvan Muxtar Respublikasınln Şahbuz rayonunda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyor sənəti fakültəsində Dram teatr və kino aktyoru ixtisası üzrə bakalavr pilləsində (2012-2016, Məmmədsəfa Qasımovun kursu), Dram teatr və kino aktyoru ixtisası üzrə magistr pilləsində (2017-2019) təhsil alıb. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı nəzdində yaradılmış “Az-ART” studiyasında və teatrın bir neçə tamaşasında müqavilə əsasında aktyor kimi fəaliyyət göstərib (2013-2015). Rejissor kimi “Yuxum” (Uilyam Şekspir), “Kölgə” interaktiv (Şamil İbrahimov), “Özümüzü kəsən qılınc” (Bəxtiyar Vahabzadə) tamaşalarına quruluş verib. 2017-ci ildən Human Teatrının təsisçisi və direktorudur.

 

x