Şamil Əliyev

rejissor

Personal Info

  • Doğum tarixi: 26.06.1960

Biography

Şamil Yavər oğlu Əliyev Bakıda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb (1984-1989). 1990-cı ildən “Azərbaycanfilm” kinostudiyasında çalışıb. Azərbaycan kinematoqrafiyası haqqında ilk ensiklopedik saytı (http://www.cinema.aznet.org) hazırlayıb. Bir müddət İTV-də rejissor kimi çalışıb. 2008-ci ildən “Nurfilm” studiyasının təsisçisi və rəhbəridir. “Çölçü” filminə görə “Humay” milli mükafatına (2013) və çoxsaylı beynəlxalq mükafatlara layiq görülüb. “Tərəqqi” medalı ilə təltif olunub (2018).

 

x