Salam Məmmədəliyev

rejissor

Personal Info

  • Doğum tarixi: 05.03.1981

Biography

Salam Vamiq oğlu Məmmədəliyev Bakıda anadan olub. Azərbaycan Dövət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb (1998-2002). “O olmasın, bu olsun” tamaşasında qoçu Əsgər, “Kuraj ana”da keşiş və gənc vəkil obrazlarında iştirak edib.

AzTV-də “Tələbə klubu” verilişində rejissor assistenti (1998-2000), Lider TV-də “Bumeranq şou” verilişində rejissor assistenti, “Jazz time” verilişində rejissor assistenti ve rejissor olaraq çalışıb (2000-2002). Lider TV-də Cəfər Cabbarlıya həsr olunmuş filmdə Cəfər obrazını oynayıb. 2005-ci ildən İctimai televiziyada rejissor kimi çalışır. Bir çox musiqili-əyləncəli verilişlərə quruluş verib. Hazırda “Ozan məclisi” və “Ustad dərsi” kimi musiqi verilişlərinin rejissorudur.

Rejissor Salam Məmmədəliyev tarzən Vamiq Məmmədəliyevin oğludur.

Rejissor Salam Məmmədəliyev rejissor, prodüser İqbal Məmmədəliyevin və işıqçı Qurban Məmmədəliyevin qardaşıdır.

x