Salam İsmayıl

aktyor

Personal Info

  • Doğum tarixi: 23.02.1951

Biography

Salam Xeyrulla oğlu İsmayıl (Salam İsmayılov / Salamulla İsmayılzadə) Gəncədə anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Aktyorluq fakültəsində təhsil alıb (1974). Bir müddət “Azərbaycanfilm” kinostudiyasında rejissor köməkçisi vəzifəsində çalışıb (1974-1976). 1977-ci ildən Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərir.

Rusiya istehsalı olan “Çilidə gecə” (1977, rejissorlar Sebastyan Alarkon, Aleksandr Kosarev / Rusiya) filmində çəkilib.

“Qızıl dərviş” mükafatına layiq görülüb. Əməkdar artistdir (2015).

 

x