Şahzadə Babayeva

aktrisa

Personal Info

  • Doğum tarixi; 25.01.1955

Biography

Şahzadə Eynulla qızı Babayeva Bakıda anadan olub. M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsi alıb (1976-1981). Tələbəlik illərində “Anamın kitabı” (Cəlil Məmmədquluzadə) tamaşasında ana, “Xosrov və Şirin” (Səməd Vurğun) tamaşasında Şirin və Məryəm, “Silindr” (Eduard Defi) tamaşasında Rita obrazlarını canlandırıb. Təyinatla Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrına göndərilib (1981). Gənclər Teatrında çalışıb (1984-1992). 1993-cü ildən taleyini Bakı Bələdiyyə Teatrına bağlayıb. Əməkdar artistdir (2002).

Aktrisa Şahzadə Babayeva aktyor, rejissor Hüseynağa Atakişiyevin həyat yoldaşı olub.

 

 

x