Şahmar Qəribli

aktyor, rejissor

Personal Info

  • Doğum tarixi: 13.02.1952
  • Vəfat tarixi: 16.02.2018

Biography

Şahmar Qərib oğlu Qəribli (Şahmar Qəribov) Kürdəmirdə anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsində (1971-1975), Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun Ali rejissorluq kursunda (1990-1991, Leonid Xeyfetsin emalatxanası) təhsil alıb. İlk təyinatını Şəki Dövlət Dram Teatrına alıb (1975). Lakin orada cəmi üç ay qalıb, yenidən Bakıya qayıdıb. Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışmağa başlayıb (1976). O vaxtdan müəyyən fasilələrlə bu teatrın əməkdaşı olub. Bəzi tamaşalara quruluş verib. Bir müddət Lider televiziyasında fəaliyyət göstərib (2001-2010). Xarici film istehsalçılarının çəkdikləri “Qraf Krestovski” (2004, rejissor Ramiz Fətəliyev / Rusiya) serialında Xristofor Peneotoviç, “Yasmin” (2013, rejissorlar Kseniya Zaruçkaya, Vyaçeslav Kaminski / Rusiya) serialında Kamal rolunda çəkilib. Şahmar Qəribli 2018-ci ildə vəfat edib.

 

 

 

x