Şahirə Tacəddin

prodüser, rejissor

Personal Info

  • Doğum tarixi: 26.03.1963

Biography

Şahirə Mansur qızı Tacəddin (Şahirə Kərimova) Zaqatalada anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb (1981-1986). Məzun olduqdan sonra Binəqədi rayon Mədəniyyət Evində “Xalq teatrı”nın rəhbəri olub. “Azərbaycanfilm” kinostudiyasında rejissor kimi çalışıb (1989-1999). 1999-cu ildən Azərbaycan Professional Kinorejissorlar Gildiyasının icraçı direktoru və mətbuat katibi, 2007-ci ildə “Film” Prodüser Mərkəzinin direktoru olub. 2014-cü ildən Professional Kinorejissorlar Gildiyasının direktoru vəzifəsində çalışır. “Azərbaycan Film Commission” (2005), “Muğamın ekranlaşdırılması” (2006), “Мüəllif hüquqların monitorinqi”(2009), “Beynəlxalq Audiovizual Festival” (2001-2008), “Səssiz filmlərimizə yeni nəfəs” (2011) layihələrinin icraçı produseri, “Həvəskar Film Festivalı” (2005-2007) layihəsinin müəllifi və rəhbəri olub.

Rejissor Şahirə Tacəddin aktrisa Dəniz Tacəddinin anasıdır.

 

x