Şahin Həsənli

rəssam

Personal Info

  • Doğum tarixi: 09.07.1972

Biography

Şahin Seymur oğlu Həsənli (Şahin Həsənov) Bakıda anadan olub. 84 saylı rəssamlıq məktəbində (1987-1990), Əzim Əzimzadə adına Azərbaycan Dövlət  Rəssamlıq Məktəbində (1992-1994) təhsil alıb. Rəssam Toğrul Sadıqzadənin emalatxanasında sənət dərsləri keçib. Kinoda müəllimi rəssam Adil Azaydır. 1990-cı ildən C.Cabbarlı adina “Azərbaycanfilm” kinostudiyasinda işləyir. Xarici film istehsalçılarının “Dağıdılmış körpülər” (1996, ABŞ, rejissor Rafiq Puya) filminin rəssam assistenti, “Qraf Krestovski” (2004, Rusiya, rejissor Ramiz Fətəliyev) serialının geyim rəssamı, “Arzular” (2005, İran, rejissor Rəhbər Qənbəri) filminin rəssamı, “Anaya aparan yol” (2016, Qazaxıstan, rejissor Akan Satayev) filminin geyim rəssamı, “Günbatan News” (İran) serialının rəssamıdır.

 

x