Sabir Rüstəmxanlı

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 20.05.1946

Biography

Sabir Xudu oğlu Rüstəmxanlı Yardımlının Hamarkənd kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində (1963-1968), Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil alıb. “Molla Nəsrəddin” və folklor” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsinə yiyələnib (1976).

Əmək fəaliyyətinə tələbəlik illərindən başlayıb. “Ədəbiyyat və incəsənət” qəzetində işə qəbul edilib, xüsusi müxbir, (1967-1978), “Yazıçı” nəşriyyatında şöbə müdiri, baş redaktorun müavini, baş redaktor (1978-1989) olub. 1989-cu ildə Azərbaycanda ilk müstəqil, demokratik qəzet olan “Azərbaycan”ı təsis edərək baş redaktoru (1989-1991) olub. Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsinin sədri (1991-1992), Mətbuat və informasiya naziri (1992-1995) vəzifələrində çalışıb. Milli Məclisin deputatı olub (1990-2015). 2020-ci ildə yenidən millət vəkili seçilib. 1992-ci ildən özünün təsis etdiyi Vətəndaş Həmrəyliyi Partiyasının sədridir.

İlk kitabı 1970-ci ildə nəşr edilib. Azərbaycanda və xaricdə 20-dən artıq şeir, nəsr, publisistika kitabları nəşr edilib. “Ömür kitabı” adlı əsəri Azərbaycanda xalqın milli və yurdsevərlik duyğularının oyanmasında ciddi rol oynayıb. “Tanımaq istəsən”, “Xəbər gözləyirəm”, “Gəncə qapısı”, “Sağ ol, ana dilim!”, “Qan yaddaşı”, “Zaman məndən keçir” və sair kimi şeir kitablarının, “Bütövlük”, “Didərginlər”, “Cavad xan”, “Orxonla görüş” poemalarının, “Bu sənin xalqındır” publisistik yazılarından ibarət əsərin, “Atamın ruhu”, “Xətai yurdu”, “Göy Tanrı”, “Ölüm zirvəsi (Cavad xan)”, “Difai fədailəri”, “Sunami” romanlarının müəllifidir.

Xalq şairi (2005), “Şöhrət” ordeni laureatıdır (1996).

 

x