Sabir Əhmədli

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 10.07.1930
  • Vəfat tarixi: 17.04.2009

Biography

Sabir Məmməd oğlu Əhmədli (Sabir Əhmədov) Cəbrayılda anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb (1946-1951). Cəbrayıl rayon mərkəzində müəllim (1951-1954), Şükürbəyli kəndində orta məktəbin direktoru (1955-1956) işləyib. Daha sonra “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında ədəbi işçi, Nəsr şöbəsinin müdiri (1956-1993), baş redaktor (1993-1996) kimi fəaliyyət göstərib.

Ədəbi fəaliyyətə 1951-ci ildən “Pioner” jurnalında çap olunan “Poçtalyon” hekayəsi ilə başlayıb. Bədii əsərlər və publisistik məqalələri ilə dövri mətbuatda müntəzəm çıxış edib. 1961-ci ildə “Bir payız axşamı” kitabı çıxıb. “Yamacda nişanə”, “Qanköçürmə stansiyası”, “Aran”, “Görünməz dalğa”, “Dünyanın arşını”, “Yaşıl teatr”, “Yasamal gölündə qayıqlar üzürdü”, “Toğana”, “Azıxa doğru”, “Gedənlərin qayıtmağı”, “Kütlə”, “Axirət sevdası”, “Ömür urası”, “Kef” roman və povestlərinin müəllifidir. Qarabağ hadısələrinə həsr etdiyi irihəcmli ədəbi-publisistik məqalələri – “Qarabağın gecikmiş yazı”, “Qarabağın qarlı səngərləri” “Ədəbiyyat və incəsənət” qəzetinin 1992-1993-cü illərdə dərc edilib.

Əməkdar incəsənət xadimi (1984), Xalq yazıçısı (1992) Sabir Əhmədli 2009-cu ildə vəfat edib.

 

x