Səyavuş Şəfiyev

aktyor

Personal Info

  • Doğum tarixi: 01.09.1937
  • Vəfat tarixi: 24.11.2001

Biography

Səyavuş Məhəmməd oğlu Şəfiyev Beyləqan rayonunda anadan olub. Moskva Dövlət Sirk Sənəti Məktəbində, Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. Orta məktəbdə oxuyarkən dram dərnəyinə gedib, boks üzrə müxtəlif yarışların qalibi olub. Sirk məktəbini qurtardıqdan sonra “Soyuzsirk”ə göndərilib. 1972-ci ildə Bakıya dəvət olunub, yeri yaranmış Bakı Dövlət Sirkinin bədii rəhbəri işləyib. Sonra ailəsi ilə birlikdə Moskvaya köçüb. Orada “Sirk səhnədə” Moskva Birliyinin baş rejissoru işləyib. Rejissoru olduğu sirkin kollektivi ilə dünyanın əksər ölkələrini gəzib. Sonuncu qastrol səfəri Fransaya olub. Havr şəhərində göstərdikləri tamaşa başlayan zaman hamını təəccübləndirəcək bir hadisə baş verib. Səyavuş Şəfiyev tamaşaya gəlməyib… Beyninə qan sızmışdı, iflic olmuşdu… Sağ əli iflic vəziyyətdə qalıb və danışmaq qabiliyyətini itirib. 9 il bu vəziyyətdə yaşayıb.

Rusiya istehsalı olan “Narahat adam” (1985, rejissor Əjdər İbrahimov) filmində Bakılı oğlan rolunda çəkilib.

Əməkdar artist (1979) Səyavuş Şəfiyev 2001-ci ildə Moskvada vəfat edib. Vəsiyyəti ilə Bakıda dəfn olunub.

 

x