Səyavuş Kərimi

bəstəkar

Personal Info

  • Doğum tarixi: 09.11.1954

Biography

Səyavuş Əşrəf oğlu Kərimi (Siyavuş Kərimi) Bakıda anadan olub. Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin tar sinfində (1969-1972, Əhsən Dadaşovun sinfi), Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (1972-1977) təhsil alıb. 1979-cu ildən Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının orkestrində solist musiqiçilərdən biri, “Azkonsert”, “Aşıqlar” qrupunun, “Cəngi” estrada-folklor ansamblının, Azərbaycan Televiziyası və Radiosunun estrada-simfonik orkestrinin üzvü, “Azərbaycanfilm” kinostudiyasının Rafiq Babayev adına musiqi studiyasında bədii rəhbər vəzifələrində çalışıb. Çağdaş musiqi tariximizin beynəlxalq miqyaslı bir çox layihələrinin müəllifi kimi tanınır. 1997-ci ildə Azərbaycan-Norveç, 2002-ci ildə Azərbaycan-Cənubi Amerika musiqi layihələri onun rəhbərliyi altında gerçəkləşib. “Saz məktəbi” dərsliyinin həmmüəllifi, iki cilddən ibarət “Azərbaycan xalq mahnıları” məcmuəsinin tərtibçisidir. Azərbaycan Milli Konservatoriyasının (AMK) rektorudur. Akademik Milli Dram Teatrında səhnələşdirilən “Hamlet” tamaşasına yazdığı musiqiyə görə “Qızıl Dərviş” mükafatına layiq görülüb (2003). “Şöhrət” (2014) və “Şərəf” (2020) ordenləri ilə təltif edilib. Xalq artistidir (2005).

 

x