Səyavuş Hüseynli

rejissor

Personal Info

  • Doğum tarixi: 02.09.1971

Biography

Səyavuş Kərim oğlu Hüseynli (Səyavuş Hüseynov) Gəncədə anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram teatr və kino aktyorluğu fakültəsində təhsil alıb (1987-1992). Gənclər Teatrında aktyor kimi əmək fəaliyyətinə başlayıb (1989-1992). Gənclər Teatrının ilk premyerası olan Yusif Səmədoğlunun “Qətl günü” tamaşasında rol alıb (1989). Bəxtiyar Xanızadənin rəhbərliyi ilə Pantomim Teatr-Studiyasının əsasını qoyan ilk heyətin aktyoru olub (1993-1994). “BİZ+” jurnalının baş redaktoru (2007-2011), bir çox TV kanallarında yayımlanan verilişlərin ideya müəllifi, layihə rəhbəri və rejissoru olub. “SOY” Production (1998) həmtəsisçisi və bədii rəhbəridir. Hazırda REAL TV-də yayımlanan “Real Azərbaycan” səyahət verilişinin aparıcısı və rejissorudur.

 

x