Səyavuş Aslan

aktyor

Personal Info

  • Doğum tarixi: 05.09.1935
  • Vəfat tarixi: 27.06.2013

Biography

Səyavuş Məmmədağa oğlu Aslan (Səyavuş Aslanov / Siyavuş Aslanov) Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu ixtisasında təhsil alıb (1963-1969). Aktyorluğa dram dərnəyindən başlayıb – Atamoğlan Rzayevin, Ağadadaş Qurbanovun, Qurban Musayevin, Ağasəlim Manaflının dram dərnəklərində çıxış edib (1947-1953). Əmək fəaliyyətinə Azərbaycan Dövlət Estrada Birliyində başlayıb (1957-1958). Quba Dövlət Dram Teatrının (1958–1959), Azərbaycan Dövlət Musiqili Komediya Teatrının (1959-1984), Azərbaycan Akademik Milli Dram Teatrının (1984–1994) aktyoru olub. Bir müddət Azərbaycan Dövlət Musiqili Komediya Teatrına bədii rəhbər təyin edilib (1994-1996). 1996-cı ildə yenidən Akademik Milli Dram Teatrına qayıdıb və ömrünün sonunadək taleyini bu sənət ocağı ilə bağlayıb.

Xarici film istehsalçılarının “İlin dörd fəsli” (1976, rejissor Hacı Əhmər / Özbəkistan) filmində, “Səhnədə Lürixdir” (1983, rejissor Valentin Kuyk / Estoniya) filmində Mustafanı müşaiyət edən rolunda çəkilib.

“Şöhrət” (1995) və “Şərəf” (2013) ordenləri ilə təltif edilib. Əməkdar artist (1974), Xalq artisti (1982) Səyavuş Aslan 2013-cü ildə vəfat edib, II Fəxri Xiyabanda dəfn olunub.

Aktyor Səyavuş Aslan aktrisa Ofeliya Aslanın həyat yoldaşı olub.

 

 

 

x