Sərvər Əliyev

aktyor

Personal Info

  • Doğum tarixi: 22.01.1966

Biography

Sərvər Bəhlul oğlu Əliyev Sədərək rayonunun Sədərək kəndində anadan olub. Ordubad internat məktəbində, Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində (1982-1988, Nəsir Sadıqzadənin kursu) təhsil alıb. Məktəb illərində dram dərnəyində fəal çıxış edib. 1988-1992-ci illər ərzində Bakıda fəaliyyət göstərən özəl teatrlarda (Meydan Teatrı) çalışmaqla yanaşı Sədərək uğrunda gedən döyüşlərdə iştirak edib. 1993-cü ildən Azərbaycan Dövlət Gənclər Teatrında, 2009-cu ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi çalışıb. Meydan Teatrında tamaşaya quruluş verib. Ağdam Dövlət Dram Teatrının baş rejissoru olub (2014-2017). 2017-ci ildən İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissorudur. Mingəçevir Dram Teatrında da rejissor kimi çalışır. Əməkdar artistdir (2015).

 

x