Səməndər Rzayev

aktyor

Personal Info

  • Doğum tarixi: 02.01.1945
  • Vəfat tarixi: 27.03.1986

Biography

Səməndər Mənsim oğlu Rzayеv Ağsuda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Aktyorluq fakültəsində təhsil alıb (1964-1968). Bir müddət Sumqayıt Teatrında çalışıb. 1969-cu ildən çalışdığı Milli Dram Teatrının səhnəsində müxtəlif obrazlar yaradıb. 26 yaşında dublyajda səsləndirdiyi “Kral Lir” obrazı müstəqil sənət nümunəsi kimi qiymətləndirilir. Bədii qiraətçi kimi də çıхış еdib. Radio dinləyiciləri onu “Bulaq” verilişinin aparıcısı kimi xatırlayırlar. Dövlət mükafatı laureatı (1980), Əməkdar artist (1974) Səməndər Rzayev 1986-cı ildə qaraciyər serozundan dünyasını dəyişib.

Aktyor Səməndər Rzayev aktyor Rəşid Səməndərin və redaktor Rübabə Səməndərin atasıdır.

 

 

 

x