Şəlalə Şahvələdqızı

aktrisa

Personal Info

  • Doğum tarixi: 23.01.1977

Biography

Şəlalə Şahvələdqızı (Şəlalə Quliyeva Şahvələd qızı) Mincəçevirdə anadan olub. Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1995-1999, Azərpaşa Nemətov və Gülşad Baxşıyevanın kursu). Tələbə ikən Milli Dram Teatrının səhnəsində Azərpaşa Nemətovun “Ah, Paris…Paris!..” (Elçin) satirik komediyasında rol alıb. 1996-cı ildən Milli Dram Teatrının aktrisasıdır. Müxtəlif reklam çarxlarında çəkilib. Televiziyada “4 çarx” verilişinin aparıcısı olub. Gənclər və İdman Nazirliyinin “ilin ən yaxşı teatr aktrisası” mükafatçısı (2004), Əməkdar artistdir (2012).

 

 

x