Səfurə İbrahimova

aktrisa

Personal Info

  • Doğum tarixi: 27.12.1938
  • Vəfat tarixi: 21.12.2020

Biography

Səfurə Ağababa qızı İbrahimova Bakıda anadan olub. Azərbaycan Dövlət Teatr İnstitutunda təhsil alıb (1960-1964, Rza Təhmasibin kursu). 1961-ci ildən Azərbaycan Dövlət Dram Teatrında işləyib. Səhhətində problemlər yarandığından 2005-ci ildə teatrdan uzaqlaşıb. Hüseyn Cavidin “İblis” faciəsində oynadığı Rəna roluna görə Azərbaycan Dövlət mükafatına (1984) layiq görülüb. 1967-ci ildə SSRİ dövründə Novruz bayramı keçirilərkən dövlət tədbirində ilk bahar qızı olub. Əməkdar artist (1974), Xalq artisti (2002) Səfurə İbrahimova 2020-ci ildə vəfat edib.

 

x