Şəfiqə Məmmədova

aktrisa

Personal Info

  • Doğum tarixi: 30.03.1945

Biography

Şəfiqə Haşım qızı Məmmədova Dərbənddə anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsində təhsil alıb (1968). 1968-ci ildən Azərbaycan Dövlət Dram Teatrında işləməyə başlayıb. 1980-ci ildə ailə qayğıları ilə bağlı teatrdan uzaqlaşaraq Azərbaycan Dövlət Teatr İnstitutunda pedaqoji fəaliyyətə başlayıb. Anarın “Şəhərin yay günləri” pyesinin tamaşasındakı Dilarə roluna görə Dövlət mükafatına (1980) və “İstintaq” filmindəki müstəntiqin arvadı obrazı üçün SSRİ Dövlət mükafatına (1981) layiq görülüb. 1995–2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Əməkdar artist (1974), Xalq artistidir (1982). 2012-ci ildə təsis olunmuş Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədridir.

Aktrisa Şəfiqə Məmmədova teatr rejissoru, aktyor Mehdi Məmmədovun həyat yoldaşı olub.

Aktrisa Şəfiqə Məmmədova rejissor Ülvi Mehdinin anasıdır.

Aktrisa Şəfiqə Məmmədova aktyor Məmməd Məmmədovun bacısıdır.

 

 

 

Filmography

  • Movie Name

    Ratings

  • İstintaq

    tammetrajlı bədii film

    0 /10

Trailers & Videos

trailers
x

Filmi izlə:

aktrisa

x