Sədayə Mustafayeva

aktrisa

Personal Info

  • Doğum tarixi: 15.07.1926
  • Vəfat tarixi: 13.08.2004

Biography

Sədayə İsmayıl qızı Mustafayeva Şəkidə anadan olub. Böyük Vətən Müharibəsi başlayanda İpəkçilik kombinatında Lətifə adlı bir ustanın yanında işləməyə başlayıb. Günəbaxan Muxtar adı ilə tanınan bir şəxsin vasitəsi ilə Şəki Dövlət Dram Teatrına aktrisa kimi gətirilib. İlk dəfə səhnəyə qədəm qoyanda Sədayənin cəmi 12 yaşı var idi. Ona Süleyman Rüstəmin “Qaçaq Nəbi” tamaşasında Çimnaz rolu tapşırılmışdı. 1942-ci ildən Şəki teatrında obrazlar yaradıb. Sonra fəaliyyətini Ağdaş və Göyçay teatrlarında davam etdirib. 1950-ci ildən Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərib.

Amerika istehsalı olan “Dağıdılmış körpülər” (1996, rejissor Rafiq Puya) filmində Mənzər xala rolunda çəkilib.

Əməkdar artist (1958), Xalq artisti (1981) Sədayə Mustafayeva 2004-cü ildə Gəncədə vəfat edib.

Aktrisa Sədayə Mustafayeva aktyor Məmməd Bürcəliyevin həyat yoldaşıdır.

Aktrisa Sədayə Mustafayeva teatrşünas, tənqidçi Anar Bürcəliyevin anasıdır.

 

 

 

 

x