Səbuhi Məmmədov

kastinq meneceri

Personal Info

  • Doğum tarixi: 28.06.1971

Biography

Səbuhi Vaqif oğlu Məmmədov Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mədəni maarif fakültəsində təhsil alıb (1988–1993). Əmək fəaliyyətinə teatrda başlayıb. “Şimşək” Teatr studiyasında aktyor (1983-1988), Gənclər Teatrında səhnə meneceri (1988-1989), Yuğ Teatrında səs rejissoru (1998-2001), İbrus Teatrında baş direktorun müavini (2009-2011), ÜNS Yaradıcılıq Səhnəsində səs meneceri (2008-2012), Milli Dram Teatrında menecer (1988-2012) kimi çalışıb. Teleradio fəaliyyətinə isə Azərbaycan televiziyasının “Ordan-burdan” verilişində aktyor kimi start verib (1986). Daha sonra Space FM-in “Taymaut” verilişinin prodüseri (2003-2005), Space TV-də prodüser və səs meneceri (2001-2005), İctimai TV-də rejissor (2005-2006) kimi çalışıb. “Azərbaycan Kinosunun 100 illiyi” Fondunun baş direktor müavini (2009-2011), 9-cu “Şərq-Qərb” Beynəlxalq Film Festivalının təşkilat komitəsinin üzvü (2009) olub. Müxtəlif beynəlxalq audiovizual layihələrdə çalışıb.

Xarici film ustehsalçılarının “Vəsiyyət ilə nikah” (2009, rejissor Vasili Serikov / Rusiya) serialının, “Əli və Nino” (2015, rejissor Asif Kapadia / Böyük Britaniya) filminin, “Qafqaz triosu” (2015, rejissorlar Eldar Şengelaya, Fuad İbrahimbəyov, Temur Butikaşvili / Gürcüstan, İspaniya, Rusiya) filminin kastinq meneceri, “Mətbəx. Sonuncu döyüş” (2017, rejissor Anton Fedotov / Rusiya) filminin aktyor üzrə meneceri olaraq çalışıb.

2013-cü ildən “Actors agency” aktyor agentliyinin təsisçisi və rəhbəridir.

 

x