Səbinə Məmmədova

aktrisa

Personal Info

  • Doğum tarixi: 04.01.1991

Biography

Səbinə Namiq qızı Məmmədova (Səbinə Məmmədzadə) Bakıda anadan olub. Bakı Xoreoqrafiya Məktəbində (1997-2009), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram rejissorluğu fakültəsində təhsil alıb (2009-2013). Bir müddət Pərviz Məmmədrzayevin rəhbərliyi ilə “Simsar” teatr studiyasında çalışıb. 2013-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Teatr sənəti sahəsində əldə etdiyi uğurlarına görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təsis etdiyi “Gənclər mükafatı”na layiq görülüb (2015).

 

x