Rza Darablı

aktyor

Personal Info

  • Doğum tarixi: 12.08.1883
  • Vəfat tarixi: 23.03.1942

Biography

Rza Nəcəfəli oğlu Darablı (Rza Hüseynov) Bakıda anadan olub. Mədrəsədə, Türk-rus məktəbində, Moskvada Mərkəzi Teatr Sənəti Texnikumunda (1925-1928) təhsil alıb. 1911-ci ildən “Nicat” mədəni-maarif cəmiyyətinin truppasında epizodik, sözsüz surətlər oynayıb, üç il sonra isə müntəzəm şəkildə teatr tamaşalarında iştirak edib. “Nicat”, “Səfa”, “Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti” truppalarında dram, faciə, komediya, opera və operetta tamaşalarında rollar oynayıb. 1929-cu ildən Dram Teatrında çalışıb. Bakı Türk İşçi Teatrında rejissorluq edib. Komik rolların ifaçısı kimi məşhurlaşıb. Azərbaycanın ilk parodiyaçı aktyorlarından sayılır. Bakı Teatr Məktəbində dərs deyib. Əməkdar artist (1933) Rza Darablı 1942-ci ildə vəfat edib.

 

x